Bank Of Baku

Quba məzarlığındakı sümüklərin çürüməsinin qarşısını almaq üçün kimyəvi maddələrdən istifadə ediləcək

Quba məzarlığındakı sümüklərin çürüməsinin qarşısını almaq üçün kimyəvi maddələrdən istifadə ediləcək
# 12 fevral 2009 10:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Quba kütləvi məzarlığındakı sümüklərin çürüməsinin qarşısını almaq üçün tədbir görəcək. Quba kütləvi məzarlığında aparılan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev APA-ya açıqlamasında bu məqsədlə kimyəvi maddələrdən istifadə olunacağını deyib. O bildirib ki, sümüklərin çürüməsi ilə bağlı verilən son informasiyalardan sonra bir neçə millət vəkili məzarlığın vəziyyəti ilə maraqlanıb: “Hazırda sümüklərdə qaralma yaranıb. Havalar istiləşdikdən sonra sümüklər parçalana bilər. Bunun qarşısı alınmalıdır”.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev isə açıq havada sümüklərin çürüməsinin uzun müddət tələb etdiyini açıqlayıb. Buna baxmayaraq, birlik Arxeologiya və Etnoqrafiya İnstitutuna kömək edəcək. Ş. Musayevin sözlərinə görə, kimyəvi maddələr sümükləri parlaqlaşdıracaq və onların üzərindəki xəsarətləri daha aydın göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR