Bank Of Baku

Azərbaycanda 1,477 mln. nəfər işləyənə sosial sığorta şəhadətnaməsi verilib

Azərbaycanda 1,477 mln. nəfər işləyənə sosial sığorta şəhadətnaməsi verilib
# 12 fevral 2009 11:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu 2009-cu ilin yanvar ayının 1-dək ölkə üzrə 1,490 mln-a yaxın sığortaolunana sosial sığorta nömrəsi verib və onlar üçün fərdi hesab açıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, 1,477 mln. nəfərə isə sosial sığorta şəhadətnaməsi təqdim edilib. Bu ilin əvvəlinə olan göstəricilərə əsasən, şəhərlərdə yaşayan pensiyaçıların 100%-i, kəndlərdə yaşayan pensiyaçıların 84%-i, ümumilikdə ödəniş alan pensiyaçıların 92,4%-i, yəni 1,030 mln. nəfəri pensiyasını plastik kartlarla alır. Bu məqsədlə ümumilikdə 417, o cümlədən kənd və qəsəbələrdə 51 bankomat quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR