Bank Of Baku

“Beynəlxalq maliyyə böhranı: - Azərbaycanı nə gözləyir” mövzusunda dəyirmi masa keçirilib

“Beynəlxalq maliyyə böhranı: - Azərbaycanı nə gözləyir” mövzusunda dəyirmi masa keçirilib
# 12 fevral 2009 12:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycan Media Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin təşkilatçılığı ilə “Beynəlxalq maliyyə böhranı: - Azərbaycanı nə gözləyir” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə iqtisadi ekspert Azər Mehdiyevlə Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü Nazim Məmmədov qlobal maliyyə böhranı ilə bağlı fikir mübadiləsi aparıb, jurnalistlərin suallarını cavablandırıblar. Deputat Nazim Məmmədov deyib ki, dünyada hökm sürən maliyyə böhranının Azərbaycana təsirsiz ötüşməsi üçün önləyici tədbirlər görülməlidir. Onun sözlərinə görə, banklar öz işlərini ehtiyatlı tutmalı, kreditlər 7 faizdən yuxarı olmamaqla verilməli, Milli Bank uçot dərəcəsini 2-3 faizə endirməlidir.

İqtisadçı ekspert Azər Mehdiyev maliyyə böhranından qorunmağın yeganə yolunun şəffaflıq olduğunu deyib. Ekspertin fikrincə, neftin qiymətinin aşağı düşməsi baxımından maliyyə böhranı Azərbaycana təsir edə bilər: “Neftin hər barelinin 10 dollar ucuzlaşması 2.2 milyard dollar itki deməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR