Bank Of Baku

Türkiyənin Nevşehir Universiteti Azərbaycanda erməni dilini bilən mütəxəssis axtarır

Türkiyənin Nevşehir Universiteti Azərbaycanda erməni dilini bilən mütəxəssis axtarır
# 12 fevral 2009 12:38 (UTC +04:00)
Nevşehir – APA. Türkiyənin Nevşehir Universitetinin rəhbərliyi erməni dilini bilən mütəxəssis axtarır. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, ali məktəbin rektoru, professor Filiz Kılıç universitetin erməni dili və ədəbiyyatı bölümü üçün erməni dilini bilən müəllimlərə ehtiyac duyduqlarını deyib. O, Türk Dil Qurumu və Türk Tarix Qurumu ilə əlaqə saxladıqlarını, lakin ölkə daxilində ermənicə bilən mütəxəssis tapa bilmədiklərini söyləyib: “İndi Azərbaycanda axtarırıq. Ermənicə mətnlərimiz var, amma tərcümə edəcək adam yoxdur. Azı 3 müəllim lazımdır ki, bu sahə üzrə tələbə qəbulu elan edə bilək”.

Qeyd edək ki, Nevşehir Türkiyənin mərkəzi hissəsində - İç Anadolu bölgəsində yerləşir. Şəhərin əhalisi 150 min nəfərə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR