Bank Of Baku

Dövlət Baytarlıq Xidməti “Afrika taunu”nun aşkarlandığı Nic kəndində donuzların saxlanılıb-saxlanılması məsələsini yenidən müzakirə edəcək

Dövlət Baytarlıq Xidməti “Afrika taunu”nun aşkarlandığı Nic kəndində donuzların saxlanılıb-saxlanılması məsələsini yenidən müzakirə edəcək
# 12 fevral 2009 13:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ötən il yanvarın 28-də Qəbələnin Nic kəndidə aşkarlanmış “Afrika taunu” virusu ilə əlaqədar həmin kənddə donuzların saxlanılmasına bir il müddətinə qoyulmuş qadağa aprelin əvvəlində başa çatacaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, bu xəstəlik aşkarlandığı üçün ötən il Nic kəndindəki şəxsi və fermer təsərrüfatlarında olan 4750 baş donuz məhv edilib. Hazırda həmin kənddə donuz saxlanılmasına icazə verilmir. Y. Xanvəlinin sözlərinə görə, aprelin əvvəlində bu məsələ yenidən müzakirə ediləcək və kənddə donuzların saxlanılıb-saxlanılmaması ilə bağlı qərar veriləcək. Qeyd edək ki, Nic kəndində karantin ötən il martın 28-də ləğv edilib. Hazırda Azərbaycanda “Afrika taunu” xəstəliyi yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR