WVS fondunun ekspertlərinin fikrincə, ölkələrdə xoşbəxtliyin əsas faktoru orada yaşayan əhalinin həyat tərzinin seçimində azad olmasıdır. Lakin inkişafda olan ölkələr üçün əhalinin maddi durumu daha vacibdir – əhalinin rifahı nə qədər yüksək olarsa, xoşbəxtliyin səviyyəsi də o qədər yüksək olacaq.
Dünyanın ən varlı demokratik ölkəsi olan ABŞ isə reytinqdə 16-cı yeri tutub. ABŞ reytinqdə Kanada, İsveç, Salvador və Yeni Zelandiya kimi ölkələrdən sonra qərarlaşıb. Lakin Böyük Britaniya, Almaniya, Fransa və İtaliya kimi ölkələri qabaqlayıb.
MDB-yə daxil olan ölkələrin çoxu reytinqin aşağı hissəsində qərarlaşıb. Postsovet məkanında xoşbəxt əhali yalnız Azərbaycan (0,13) və Qırğızıstanda (1,59) müşahidə olunub. Rusiya isə reytinqdə xoşbəxtliyin mənfi səviyyəsi ilə 88-ci yeri tutub (-1,01).
Yaxın Şərqdə isə ən xoşbəxt ölkə Səudiyyə Ərəbistanı olub. Bu ölkə siyahıda 26-cı yeri tutub. Belə ki, bu ölkənin əhalisi İsrail və İordaniya əhalisindən daha xoşbəxtdir.
Asiyaya gəldikdə isə, burada ən xoşbəxt Sinqapur və Vyetnam kimi ölkələri qabaqlayaraq Tailand olub (27-ci yer).
Qeyd edək ki, WVS 1981-ci ildən analoji sorğular keçirir və sorğuların nəticələrinə görə, dünyada xoşbəxtliyin səviyyəsi ilbəil artır. Ötən il dünyada xoşbəxtliyin səviyyəsini bilmək üçün WVS fondu 97 ölkədə 350 min nəfər arasında sorğu aparıb. Respondentlər «Özünüzü nə qədər xoşbəxt hiss edirsiniz» və «Hazırkı vaxtda yaşayışınız sizi qane edirmi» suallarını cavablandırıb.
| Ölkə | Xoşbəxtlik indeksi |
1 | Danimarka | 4.24 |
2 | Puerto-Riko | 4.21 |
3 | Kolumbiya | 4.18 |
4 | İslandiya | 4.15 |
5 | Şimali İrlandiya | 4.13 |
6 | İrlandiya | 4.12 |
7 | İsveçrə | 3.96 |
8 | Hollandiya | 3.77 |
9 | Kanada | 3.76 |
10 | Avstriya | 3.68 |
11 | Salvador | 3.67 |
12 | Malta | 3.61 |
13 | Lyuksemburq | 3.61 |
14 | İsveç | 3.58 |
15 | Yeni Zelandiya | 3.57 |
16 | ABŞ | 3.55 |
17 | Qvatemala | 3.53 |
18 | Meksika | 3.52 |
19 | Norveç | 3.50 |
20 | Belçika | 3.40 |
21 | Böyük Britaniya | 3.39 |
22 | Avstraliya | 3.26 |
23 | Venesuela | 3.25 |
24 | Trinidad | 3.25 |
25 | Finlandiya | 3.24 |
26 | Səudiyyə Ərəbistanı | 3.17 |
27 | Tailand | 3.02 |
28 | Kipr | 2.96 |
29 | Nigeriya | 2.82 |
30 | Braziliya | 2.81 |
31 | Sinqapur | 2.72 |
32 | Argentina | 2.69 |
33 | Andorra | 2.64 |
34 | Malayziya | 2.61 |
35 | Qərbi Almaniya | 2.60 |
36 | Vyetnam | 2.52 |
37 | Fransa | 2.50 |
38 | Filippin | 2.47 |
39 | Uruqvay | 2.43 |
40 | İndoneziya | 2.37 |
41 | Çili | 2.34 |
42 | Dominikan Respublikası | 2.29 |
43 | Yaponiya | 2.24 |
44 | İspaniya | 2.16 |
45 | İsrail | 2.08 |
46 | İtaliya | 2.06 |
47 | Portuqaliyv | 2.01 |
48 | Tayvan | 1.83 |
49 | Şərqi Almaniya | 1.78 |
50 | Sloveniya | 1.77 |
51 | Qana | 1.73 |
52 | Polşa | 1.66 |
53 | Çexiya | 1.66 |
54 | Çin | 1.64 |
55 | Mali | 1.62 |
56 | Qırğızıstan | 1.59 |
57 | İordaniya | 1.46 |
58 | Yunanıstan | 1.45 |
59 | Cənubi Afrika | 1.39 |
60 | Türkiyə | 1.27 |
61 | Peru | 1.24 |
62 | Cənubi Koreya | 1.23 |
63 | Honkonq | 1.16 |
64 | İran | 1.12 |
65 | Banqladeş | 1.00 |
66 | Bosniya | 0.94 |
67 | Xorvatiya | 0.87 |
68 | Mərakeş | 0.87 |
69 | Hindistan | 0.85 |
70 | Uqanda | 0.69 |
71 | Zambiya | 0.68 |
72 | Əlcəzair | 0.60 |
73 | Burkina-Faso | 0.60 |
74 | Misir | 0.52 |
75 | Slovakiya | 0.41 |
76 | Macarıstan | 0.36 |
77 | Çernoqoriya | 0.19 |
78 | Tanzaniya | 0.13 |
79 | Azərbaycan | 0.13 |
80 | Makedoniya | -0.06 |
81 | Ruanda | -0.15 |
82 | Pakistan | -0.30 |
83 | Həbəşistan | -0.30 |
84 | Estoniya | -0.36 |
85 | Litva | -0.70 |
86 | Latviya | -0.75 |
87 | Rumıniya | -0.88 |
88 | Rusiya | -1.01 |
89 | Gürcüstan | -1.01 |
90 | Bolqarıstan | -1.09 |
91 | İraq | -1.36 |
92 | Albaniya | -1.44 |
93 | Ukrayna | -1.69 |
94 | Belarus | -1.74 |
95 | Moldova | -1.74 |
96 | Ermənistan | -1.80 |
97 | Zimbabve | -1.92 |