Bank Of Baku

İlin sonunadək Azərbaycan paytaxtında abonentlərin 60%-i su ilə fasiləsiz təmin olunacaq

İlin sonunadək Azərbaycan paytaxtında abonentlərin 60%-i su ilə fasiləsiz təmin olunacaq
# 13 fevral 2009 10:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin dekabr ayında Oğuz-Qəbələ-Bakı su kəməri çəkiləndən sonra Azərbaycan paytaxtında abonentlərin 60%-ə yaxını içməli su ilə fasiləsiz təmin olunacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərsu» SC-nin prezidenti Nizaməddin Rzayev bildirib.
«Azərsu» rəhbərinin sözlərinə görə, hazırda Bakı şəhərində abonentlərin 45%-ə yaxın hissəsi fasiləsiz, 55%-i isə fasilələrlə su ilə təmin olunur.
«Bu günədək 260 km-lik kəmərin 210 km-dən çox hissəsi çəkilib. Sugötürücü mənbələrdə 55 istismar və 22 müşahidə quyusu qazılıb və qazma işləri davam etdirilir», - deyə N.Rzayev vurğulayıb.
Şüşə lifli poliester borulardan quraşdırılan kəmərin tikintisini «Turan Xəzinədaroğlu İnşaat və Ticarət»/«Tekser İnşaat Sənaye və Ticarət»/«Gəncə Körpütikinti-2» ASC şirkətləri tərəfindən yaradılmış Türkiyə-Azərbaycan konsorsiumu həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR