Bank Of Baku

Azərbaycanda xarici vətəndaşa fərdi iş icazəsinin verilməsi üçün dövlət rüsumu 45 manatdan 1000 manata qaldırılıb

Azərbaycanda xarici vətəndaşa fərdi iş icazəsinin verilməsi üçün dövlət rüsumu 45 manatdan 1000 manata qaldırılıb
# 13 fevral 2009 11:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ölkə prezidentinin sərəncamı ilə bir neçə gün əvvəl təsdiqlənən “Dövlət rüsumu haqqında” qanuna edilmiş yeni əlavə və dəyişikliklər əsasında artıq Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbiyə fərdi iş icazəsinin verilməsi üçün dövlət rüsumunun məbləği 1000 manat olacaq. APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev bildirib ki, yeni dəyişikliklər fevralın 12-dən qüvvəyə minib. İndiyə qədər isə işəgötürən tərəfindən fərdi iş icazəsinin verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği 45, onun müddətinin uzadılması üçün dövlət rüsumunun məbləği 25 manat idi. Yeni dəyişikliklərlə həm də fərdi iş icazəsinin müddətinin uzadılması üçünN ödənilən rüsumun məbləği 1000 manata qaldırılıb.

R. Tağıyev dövlət rüsumunun məbləğinin artmasının Azərbaycanda boş iş yerlərinin bundan sonra yerli vətəndaşlara təklif edilməsinə stimul yaradacağını da söyləyib: “Xarici ölkələrlə müqayisə edilsə, görünər ki, bu gün Azərbaycanda işçilərin sərbəstləşməsi halları yoxdur. Amma bunun belə, xarici ölkələrdə sərbəstləşmiş işçilər Azərbaycanda işləməyə can ata bilərdilər. Digər tərəfdən, ölkədə mövcud olan boş və yeni yaranacaq iş yerlərinin Azərbaycan vətəndaşları tərəfindən tutulmasında işəgötürənlərin marağının artırılmasına dövlət rüsumunun məbləğinin yüksəlməsi mühüm rol oynayacaq. Eyni zamanda, işəgötürənlər yalnız boş iş yerlərini Azərbaycan vətəndaşlarına təklif etməyəcəklər. Ölkədə həm də əcnəbilərin çalışdığı iş yerlərinin Azərbaycan vətəndaşlarına verilməsi üçün stimul yaranacaq. Bundan sonra işəgötürənlər əcnəbinin çalışdığı iş yerinə cəlb edilən Azərbaycan vətəndaşının peşə hazırlığının artırılmasına da diqqət yetirəcəklər. Çünki bunlar onların birbaşa büdcələrinə təsir göstərəcək”.

R. Tağıyev onu da əlavə edib ki, fərdi iş icazəsi almadan əcnəbini işə cəlb edən işəgötürən İnzibati Xətalar Məcəlləsi əsasında 30-35 min manat cərimələnəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR