Bank Of Baku

Azərbaycanda sertifikatı olan qaz sobalarının siyahısı hazırlanıb

Azərbaycanda sertifikatı olan qaz sobalarının siyahısı hazırlanıb
# 13 fevral 2009 13:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sertifikatı olan qaz sobalarının siyahısını Fövqəladə Hallar, Sənaye və Energetika nazirliklərinə, Dövlət Gömrük Komitəsinə, «Azəriqaz» QSC-yə təqdim edib. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.
Komitə tərəfindən keçirilmiş monitorinq zamanı 159 ticarət obyektinin 46-da uyğunluq sertifikatları olmayan 25 markada 284 ədəd qazla işləyən müxtəlif təyinatlı məişət cihazı aşkar edilib və bütün hallarda məhsulların satışı qadağan olunub. Komitə göstərilən məlumatların yanğın təhlükəsizliyi qaydalarına riayət olunması məqsədilə araşdırmalar apararkən, yaşayış binaları və istehsalat sahələrində qazla işləyən cihazların istismarı qaydalarına riayət olunmasını araşdırarkən nəzərə alınması, keyfiyyəti və təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan qaz sobalarının siyahısını müvafiq qurumlara təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR