Bank Of Baku

Azərbaycanda əmək miqrasiyası üzrə kvotalar müəyyən ediləcək

Azərbaycanda əmək miqrasiyası üzrə kvotalar müəyyən ediləcək
# 13 fevral 2009 13:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə “Əmək miqrasiyası kvotalarının müəyyən edilməsi qaydaları”nın layihəsini hazırlayaraq hökumətə təqdim edib. APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyev bildirib ki, gələcəkdə tətbiq edilməsi nəzərdə tutulan bu layihə hazırlanarkən beynəlxalq ekspertlərin də təklifləri alınıb. Artıq gələn ildən ölkədə əmək miqrasiyası kvotalarının müəyyənləşəcəyi və bununla bağlı proqnozlaşmanın aparılacağı gözlənilir. İdarə rəisi bildirib ki, indiyə qədər Azərbaycan kvotaların müəyyənləşməsi üçün mexanizm olmayıb: “Bilinmirdi ki, bu proqnozlaşdırmanın reallığa daha yaxın olması üçün onun hazırlanmasında hansı vasitələrdən, mövcud məlumatlardan istifadə edilsin. Reallıq isə odur ki, Azərbaycan daxili əmək bazarına buraxılan hər bir əcnəbiyə qoşulduğu beynəlxalq sənədlərin, milli qanunvericiliyin tələblərinə uyğun hər cür şərait yaratmalıdır. Eyni zamanda, Azərbaycan vətəndaşları da məyus olmamalıdır ki, biz iş yerimizi itiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR