Bank Of Baku

Təhsil Nazirliyi və Dünya Bankı Ali Təhsil Layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair saziş imzalayıb

Təhsil Nazirliyi və Dünya Bankı Ali Təhsil Layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair saziş imzalayıb
# 13 fevral 2009 13:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Azərbaycan Təhsil Nazirliyi ilə Dünya Bankı arasında Ali Təhsil Layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair Saziş imzalanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, saziş 460 min ABŞ dolları dəyərindədir. Sənədin əsas məqsədi Ali Təhsil Layihəsinin hazırlanması üçün tələb olunan texniki-iqtisadi əsaslandırmaların tərtibi, ekoloji, sosial, iqtisadi və digər araşdırmaların aparılması, icra planlarının hazırlanması, maraqlı tərəflər arasında məsləhətləşmələrin, ölkə daxili təlimlərin, tədqiqatların, seminarların və sorğuların təşkili, texniki məsləhət xidmətlərinin təmin edilməsidir. Bu layihəyə əsasən, ali təhsildə keyfiyyətin təminatı və bununla bağlı mərkəzin, müəssisələrdə isə qurumların yaradılması, ali təhsildə maliyyə islahatları, islahatların idarə olunması və icrası üçün potensialın gücləndirilməsi, eləcə də digər komponent və alt komponentlər üzrə müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR