Bank Of Baku

Yaxın vaxtlarda dövlət arxivlərində saxlanılan bütün sənədlər elektronlaşdırılacaq

Yaxın vaxtlarda dövlət arxivlərində saxlanılan bütün sənədlər elektronlaşdırılacaq
# 13 fevral 2009 14:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yaxın vaxtlarda Dövlət Arxivlərində saxlanılan bütün sənədlər elektronlaşdırılacaq. Bu barədə APA-ya Milli Arxiv İdarəsinin (MAİ) direktor müavini Kamal Ağayev bildirib. Onun sözlərinə görə, hazırda MAİ-nin tabeliyində olan arxivlərdə 5 milyon iş saxlanılır. Ötən əsrin 50-ci illərindən sənədlərin sığorta fondunun yaradılması istiqamətində iş aparıldığını xatırladan K. Ağayev hazırda arxiv sənədlərinin daha etibarlı qorunması üçün müasir texnologiyaların tətbiqinə zərurət yarandığını vurğulayıb. O bildirib ki, MAİ-nin tabeliyində respublika miqyaslı 6 dövlət arxivi var. Artıq onların 2-də - Kino-Foto Sənədləri Arxivində və Dövlət Səs Yazıları Arxivində sənədlərin elektronlaşdırılmasına başlanılıb. Yaxın vaxtlarda digər arxivlərdə də bu proses başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR