Bank Of Baku

Azərbaycanda qripə yoluxma təhlükəsi səngimək üzrədir

Azərbaycanda qripə yoluxma təhlükəsi səngimək üzrədir
# 13 fevral 2009 15:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Ötən ilin dekabrın sonundan indiyədək Azərbaycanda 3-4 min nəfər qripə yoluxub. Ancaq bu xəstəlik epidemiya xarakteri almayıb. Xəstəliyə yoluxma təhlükəsi isə səngimək üzrədir”. Bu sözləri APA-ya Akademik Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədova deyib. Onun sözlərinə görə, bu il aşkar olunan qriplər A qrupuna daxil olan H1N1 (adena virus), H2N2 (paraqriplər), H3N2 (entero viruslar) virusları tərəfindən yaradılıb. Bu viruslar epidemiya yaratmaq iqtidarında deyil.
A. Əsədova bildirib ki, ötən ildən fərqli olaraq, bu il müşahidə qrip zamanı üç gün davam edən qızdırma qeydə alınıb: “Bu, virusun xüsusiyyətini dəyişməsi ilə bağlıdır. Bu virusa daha çox bədəni zəif olan uşaqlar və yaşlılar yoluxur. Xəstəliyin müalicəsi üçün ilk növbədə orqanizmin immunitetini qaldırmaq lazımdır. Xəstəliyin müalicəsi zamanı tez-tez maye qəbul etmək, təmiz hava şəraitində olmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR