Bank Of Baku

Uşaq bağçalarında qaz sobaları yeni tipli elektrik sobaları ilə əvəz olunur

Uşaq bağçalarında qaz sobaları yeni tipli elektrik sobaları ilə əvəz olunur
# 14 fevral 2009 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrində təhlükəsizlik tədbirləri çərçivəsində yeni tipli elektrik sobaların quraşdırılmasına başlanılıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda 41 bağçanın hər birinin elektrik təchizatı yenidən qurulur, mətbəxlərdəki qaz sobaları müasir sənaye tipli elektrik sobaları ilə əvəzlənir. Ümumilikdə 60 mətbəx sobasının, 35 su qızdırıcısının quraşdırılması və 65 yağ radiatorunun alınması nəzərdə tutulub.

Bununla yanaşı, məktəbəqədər tərbiyə müəssisələrindəki elektrik lövhələri və naqillər dəyişdirilir. Bütün bu işlər yaxın vaxtlarda başa çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR