Bank Of Baku

Masallının Ərkivan qəsəbəsində yeni sağlamlıq mərkəzinin açılışı olub

Masallının Ərkivan qəsəbəsində yeni sağlamlıq mərkəzinin açılışı olub
# 16 fevral 2009 07:23 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunun Ərkivan qəsəbəsində yeni tikilmiş sağlamlıq mərkəzinin açılışı olub.
APA-nın cənub bürosunun məlumatına görə, yerli ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Milli Məclisin üzvü Elmira Axundova da iştirak ediblər. Çıxışlarda bildirilib ki, şəfa ocağı qəsəbənin 16 mindən yuxarı əhalisi ilə yanaşı, daha 5 qonşu kəndin sakinlərinə də xidmət göstərəcək. Tikintisinə ötən ilin iyun ayında başlanan və 100 min manat vəsait xərclənən ikimərtəbəli 12 otaqlı sağlamlıq mərkəzi 220 kvadratmetr ərazini əhatə edir. Burada istilik və daimi su sistemi quraşdırılıb. Sağlamlıq mərkəzində 13 nəfər ixtisaslı həkim və orta tibb işçisi çalışır. Səhiyyə obyekti Almaniyadan və Türkiyədən alınmış ən müasir tibb avadanlıqları və cihazları ilə təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR