Bank Of Baku

Azərbaycanda qadın 4 uşaq dünyaya gətirib

Azərbaycanda qadın 4 uşaq dünyaya gətirib
# 16 fevral 2009 09:29 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, uşaqlardan üçü oğlan, biri qızdır. Körpələrə Məhəmməd, İsmayıl, Musa və Zəhra adları verilib. Yuxarı Şilyan kənd sakinləri Vahid Xəlilov və Dürdanə Xəlilova 17 ildir, ailə qursalar da, övladları olmayıb. Valideynlərin sözlərinə görə, uzun illər övlad arzusu ilə yaşayıb, dəfələrlə müalicə olunublar. Lakin nəticəsi olmayıb. Sonuncu müayinə və müalicədən sonra Tanrı onlara övlad bəxş edib. Uşaqlar Rusiyanın Moskva şəhərində doğulublar.

Bu günlərdə Vətənə dönən valideynlər çox xoşbəxt olduqlarını bildirsələr də, heç yerdə işləmədiklərindən müəyyən problemlərlə üzləşdiklərini söyləyiblər. Onlar aidiyyəti təşkilatlardan xahiş ediblər ki, 2009-cu il – “Uşaq ili”ndə körpələrinə diqqət və qayğı göstərilsin.

Qeyd edək ki, Ucar rayon Uşaq Xəstəxanasının baş pediatrı Hicran Babayeva uşaqlara qayğı göstərmək üçün Yuxarı Şilyan kəndinə təhkim olunub. Həkim hazırda ana və uşaqların sağlıq durumunda problem olmadığını, onların normal qidalandıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR