Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq, bəzi rayonlarda qar yağacaq

Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq, bəzi rayonlarda qar yağacaq
# 16 fevral 2009 11:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, hava dəyişkənliyi ilə əlaqədar temperatur 5-8 dərəcə düşəcək. Bakıda və Abşeron yarımadasında fevralın 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşama doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb, şimal küləyinə keçəcək, günün ikinci yarısında və gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti olacaq.

Fevralın 18-də hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Şimal-qərb, şimal küləyi əsəcək, arabir güclənəcək, axşam bir qədər mülayimləşəcək. Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti keçəcək.

Fevralın 19-da havanın buludlu olacağı, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub küləyinə keçəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 17-də bəzi yerlərdə yağıntı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti keçəcək.

Fevralın 18-19-da havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək, 19-da şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR