Bank Of Baku

“Azərbaycan ailə”si adlı qısametrajlı filmlər müsabiqəsinə start veriləcək

“Azərbaycan ailə”si adlı qısametrajlı filmlər müsabiqəsinə start veriləcək
# 16 fevral 2009 11:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi martın 10-da “Azərbaycan ailə”si adlı qısametrajlı filmlər müsabiqəsinə start verəcək. Bu barədə APA-ya komitənin sədr müavini Aynur Sofiyeva məlumat verib. Onun sözlərinə görə, “Uşaq ili” ilə çərçivəsində elan olunan müsabiqə mayın 10-da yekunlaşacaq. Müsabiqədə iştirak edəcək filmlər Azərbaycanın ailə modelinin bütün üstünlüklərini əks etdirməli, həmçinin ailədə yaşanan problemlərə həsr olunmalıdır. A. Sofiyeva bildirib ki, 5-8 dəqiqədən ibarət olacaq filmlərə Azərbaycanın görkəmli sənət ustalarından ibarət münsiflər heyəti rəy verəcək. Müsabiqənin qaliblərinə komitə tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq. Qaliblərin filmləri ölkə televiziyalarında nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR