Bank Of Baku

Moskvada Sosial məsələlər üzrə avropalı nazirlərin I konfransı keçiriləcək

Moskvada Sosial məsələlər üzrə avropalı nazirlərin I konfransı keçiriləcək
# 16 fevral 2009 12:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Fevralın 26-27-də Moskvada Sosial məsələlər üzrə avropalı nazirlərin I konfransı keçiriləcək. Avropa Şurasının (AŞ) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, tədbir AŞ tərəfindən Rusiya Federasiyasının İctimai Səhiyyə və Sosial İnkişaf Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir. Tədbirdə AŞ-nin 47 üzv dövlətində sosial məsələlərdən məsul olan nazirlər ümumdünya iqtisadi böhranı çərçivəsində cəmiyyətdə sabitliyi və rifahı inkişaf etdirmək üçün ən zəif qruplar da daxil olmaqla hər kəsin sosial hüquqlara bərabər çıxış imkanının xeyrinə özlərinin siyasi öhdəliklərini möhkəmləndirmək niyyətindədirlər.

Konfransda Rusiyanın baş naziri Vladimir Putin, AŞ-nin baş katibi Terri Devis, qurumun İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq və Rusiya Federasiyasının ictimai səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR