Bank Of Baku

Azərbaycanda “Ailə bayramı” keçiriləcək

Azərbaycanda “Ailə bayramı” keçiriləcək
# 16 fevral 2009 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda “Ailə bayramı” keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın APA-ya verdiyi məlumata görə, “Ailə bayramı” mayın 15-də - Beynəlxalq Ailə Günündə baş tutacaq. Bu bayramın Azərbaycanda ötən ildən qeyd olunduğunu xatırladan A. Sofiyeva bildirib ki, bu il bayram Azərbaycanın rayonlarından birində qeyd olunacaq: “Ötən il bayram Şamaxıda keçirilmişdi. Bu il bayramın qeyd olunacağı rayon isə hələlik müəyyənləşməyib. Bu bayramda hər rayon bir ailə ilə təmsil olunacaq. Ailə bayramında yalnız cəmiyyətə nümunə olan ailələr iştirak edəcəklər”.
Qeyd edək ki, hazırda Azərbaycanda 1 milyon 831 mindən çox ailə var. Ötən il Azərbaycanda 79900 ailə qurulub, 7900 ailə isə boşanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR