Bank Of Baku

Məhkəmə-Hüquq Şurasında hakimlər və dövlət ittihamçıları üçün tədris kursu keçirilib

Məhkəmə-Hüquq Şurasında hakimlər və dövlət ittihamçıları üçün tədris kursu keçirilib
# 16 fevral 2009 14:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Məhkəmə-Hüquq Şurasında hakimlər və dövlət ittihamçıları üçün kompüter proqramlarının tətbiqi və texniki yeniliklərin ədalət mühakiməsində istifadə imkanlarına dair tədris kursu keçirilib. Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, tədbirdə məhkəmələrdə istifadə olunan informasiya texnologiyaları barədə ətraflı məlumatlar verilib, Ədliyyə Nazirliyi tərəfindən istintaq edilən cinayət işlərinin alternativ elektron versiyasının yaradılması və tətbiqi təcrübəsi ilə tanış olunub. Kurs çərçivəsində müasir texnologiyalarla təmin olunan məhkəmə iclas zalının imkanları və onların təcrübədə tətbiqi ilə tanışlıq keçirilib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Belə ki, bu yeniliyin tətbiqi nəticəsində məhkəmə prosesinin tərəflərinə istənilən vaxt kompüterdə iş materialları ilə sərbəst tanış olmaq üçün şərait yaradılır, cinayət işinin etibarlı qorunması təmin edilməklə istintaq və məhkəmə sənədlərinin saxtalaşdırılmasının qarşısı alınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR