Bank Of Baku

Təhsil Nazirliyi ölkədə vahid təhsil şəbəkəsi yaradır

Təhsil Nazirliyi ölkədə vahid təhsil şəbəkəsi yaradır
# 16 fevral 2009 15:07 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə təhsil şəbəkəsi yaradılır. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramı AzNET layihəsinin bazasında yaradılıb və AZEDUNET təşkilatı tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək sürətli internet şəbəkəsi çərçivəsində birləşdirməkdir.

Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkənin təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradacaq. Bu isə milli elektron təhsil şəbəkələrinin inkişafına təkan verəcək. Eyni zamanda, təhlükəsiz informasiya sistemlərinin fəal istifadəsi ilə təhsil ocaqlarının internetə çıxışı mütəmadi təmin olunacaq. Qeyd olunan təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edəcək. Artıq bu təhsil şəbəkəsinə ölkənin 200 təhsil müəssisəsinin qoşulması prosesi yekunlaşmaqdadır.

Nazirlikdən bildirilib ki, hazırda Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, direktor və müəllimlər otağını birləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR