Bank Of Baku

Bir qrup sakin Gəncə-Bakı yolunu bağlayıb

Bir qrup sakin Gəncə-Bakı yolunu bağlayıb
# 16 fevral 2009 17:16 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı–APA. Bu gün saat 16 -17 radələrində Gəncə-Bakı yolu bağlanıb. APA-nın qərb bürosunun məlumatına görə, şəhərin giriş qapısının yaxınlığında yerləşən Ət Kombinatının yataqxanasında məskunlaşan 130 ailənin üzvləri magistral yolu bağlayıblar. Buna səbəb isə əraziyə son iki gündə elektrik enerjisinin verilişinin dayandırılması olub. Əraziyə gələn polislər təxminən 20 dəqiqə sonra magistralda avtomobillərin hərəkətinin təmin olunmasına şərait yaradıblar. Yolu bağlayan şəxslərdən bəziləri Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinə aparılıblar.

Gəncə Regional Enerji Təchizatı MMC-nin direktoru Eldar Eldarov bildirib ki, əraziyə elektrik enerjisinin verilməməsinə səbəb burada yaşayanların 1996-cı ildən bəri istifadə etdikləri işığın haqqını ödəməmələridir: “Abonentlərin evlərinə yeni işıq sayğacları quraşdırılır, onlarda yalnız ötən il istifadə etdikləri elektrik enerjisinin haqqını ödəmələrini istəyirik. Sakinlər isə buna etiraz edirlər. Əgər onlar elektrik enerjisinin haqqını ödəməsələr, əraziyə işıq verilməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR