Bank Of Baku

Lənkəranda çay yarpağı istehsalı iki dəfədən çox azalıb

Lənkəranda çay yarpağı istehsalı iki dəfədən çox azalıb
# 17 fevral 2009 07:34 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ötən il Lənkəranın yaşıl çay plantasiyalarından cəmi 74 ton məhsul yığılıb. APA-nın cənub bürosunun Lənkəran Rayon Statistika İdarəsinə istinadən məlumatına görə, bu, 2007-ci illə müqayisədə 53 faiz azdır. Statistik göstəricilərə əsasən 2006-cı ildə rayonda 311 ton çay yarpağı tədarük olunduğu halda, 2007-ci ildə istehsalın həcmi iki dəfə aşağı düşərək 157 ton olub. Strateji əhəmiyyətli sahənin ildən-ilə tənəzzülə uğramasına görə mütəxəssislər də narahatlıq keçirir. Qafqaz və Azərbaycan Cay Assosiasiyalarının prezidenti, professor Fərman Quliyev APA-nın əməkdaşına ölkəmizdə çayçılığın ötən əsrin doxsanıncı illərindən başlayaraq tənəzzülə uğramasının bir sıra obyektiv və subyektiv amillərlə əlaqədar olduğunu deyib.
F. Quliyevin fikrincə, həmin dövrdə çayçılığın dövlət nəzarətindən çıxarılmaqla torpaq islahatı adı altında mövcud plantasiyaların ayrı-ayrı şəxslər arasında bölüşdürülməsi bu sahənin az qala məhvi üçün başlanğıc olub: “1980-ci illərdə Azərbaycandakı 13,4 min hektar çay plantasiyasından baxımsızlıq ucbatından bu gün cəmi 100-150 hektar sahə qalıb, ya qalmayıb. O da kol-kos içində itib-batıb”.
Sahənin dirçəldilməsi və yenidən inkişaf etdirilməsi üçün ümidlərin hələ tam ölmədiyini bildirən Fərman Quliyevin sözlərinə görə, vəziyyətdən çıxış yolu kimi İqtisadi İnkişaf Nazirliyinin nəzdində “Azərçay” işçi orqanı yaradılmalı, çay emalı müəssisələrinə və iri çayçılıq fermer təsərrüfatlarına güzəştli kreditlər verilməlidir: “Məncə, dövlət çayçılığı yenidən öz nəzarətinə götürməli, kənd təsərrüfatının digər sahələri kimi çayçılıqda da böyük kapital qoyuluşu tətbiq olunmalıdır. Lənkəran Dövlət Universitetində çayçılıq üzrə ixtisaslı mütəxəssislərin yetişdirilməsi də çox vacib şərtlərdəndir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR