Bank Of Baku

Gəncədə narkoman kimi 386 nəfər rəsmi qeydiyyata düşüb

Gəncədə narkoman kimi 386 nəfər rəsmi qeydiyyata düşüb
# 17 fevral 2009 08:11 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncə şəhər Narkoloji Dispanserdə narkoman kimi 386 nəfər rəsmi qeydiyyatdadır. 2008-ci ildə qeydiyyata götürülənlərdən 2 nəfəri qadın 16 nəfəri isə kişilər olub. Son 6 ildə ilk dəfədir ki, dispanserə qadınlar tərəfindən müraciət edilib. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserin baş həkimi Sahib İsmayılovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 2008-ci il ərzində dispanserə siyahıya alınanların sayı azalsa da, xəstəlik insanlar arasında cavanlaşıb. Onun sözlərinə görə, narkomanlar indi heroindən daha çox istifadə edirlər.
2008-ci ildə qərb bölgəsində narkotika satışı ilə bağlı cinayət hadisələrin sayı artıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsi üzrə regional şöbəsinin rəis müavini Rafael İsmayılov APA-nın yerli bürosuna bildirib ki, 2007-ci ildə belə vətəndaşların sayı 37, 2008-ci ildə isə 43 nəfər olub. Cinayətkarlar isə 25-45 yaş həddi arasında olan vətəndaşlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR