Bank Of Baku

Təhsil Nazirliyi idmanla bağlı keçirdiyi respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb

Təhsil Nazirliyi idmanla bağlı keçirdiyi respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb
# 17 fevral 2009 10:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Təhsil Nazirliyində “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi”, İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi, “İlin ən yaxşı idmançısı” , “İlin ən yaxşı şahmatçısı”, “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqədə 148 idman məktəbi iştirak edib. Onlardan 81-i Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 56-sı Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir. Müsabiqədə hər nominasiya üzrə I, II və III yerlər olmaqla, münsiflər heyəti tərəfindən 18 qalib müəyyənləşdirilib.
Nazir deyib ki, hazırda Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir. M. Mərdanov daha sonra qaliblərin adlarını açıqlayıb. O bildirib ki, “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi” nominasiyası üzrə I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi” nominasiyası üzrə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, “İlin ə yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi” nominasiyası üzrə Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi, “İlin ən yaxşı idmançısı” nominasiyası üzrə Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Əhmədov Sərxan Rauf oğlu, “İlin ən yaxşı şahmatçısı” nominasiyası üzrə Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Dama İdman Məktəbinin yetirməsi, “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyası üzrə Bakı şəhər 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin cüdo bölməsinin məşqçi-müəllimi Həsənov Rəşad Rəhim oğlu tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR