Bank Of Baku

Azərbaycanda əmək pensiyası alanların sayı ötən il 2% artıb

Azərbaycanda əmək pensiyası alanların sayı ötən il 2% artıb
# 17 fevral 2009 10:20 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 2008-ci ilin əvvəli ilə müqayisədə 26 455 nəfər və ya 2,1% artaraq 1 275 138 nəfərə çatıb.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin APA-ya verdiyi məlumata görə, onlardan 496 788 nəfəri kişi, 778 350 nəfəri qadındır. Qadınlardan 374 490 nəfəri çoxuşaqlı analardır.
Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9 241 nəfər təşkil edir. Ümumilikdə, əmək pensiyaçılarının 125 548 nəfəri işləyən pensiyaçılardır. Hazırda yaşa görə pensiya alanların sayı 835 844 nəfər, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı isə 301 661 nəfərdir. Onlardan 22 354 nəfəri I qrup, o cümlədən 7 644 nəfəri I qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4 705 nəfərdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 137 633 nəfərə çatıb və onlardan 22-si Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.
Qeyd edək ki, əmək pensiyası – «Əmək pensiyaları haqqında» qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü - yaşa, əlilliyə, ailə başçısını itirməyə görə əmək pensiyaları var. Qeyd edək ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ var.
Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığortaolunana bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir.
Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sığorta stajı olduqda ödənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR