Bank Of Baku

Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin xaricdə təhsil almasına bu il 10 milyon manat sərf ediləcək

Dövlət Proqramı çərçivəsində azərbaycanlı gənclərin xaricdə təhsil almasına bu il 10 milyon manat sərf ediləcək
# 17 fevral 2009 10:47 (UTC +04:00)
APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov bildirib ki, bu vəsait hesabına həm indiyə qədər, həm də bu il qəbul olunmuş azərbaycanlı gənclər təhsillərini davam etdirəcəklər.

Proqram çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul mərhələli şəkildə aparılır. Artıq Almaniyada təhsil məqsədi ilə müsabiqə elan olunub. Yaxın günlərdə Almaniyanın ekspertlər qrupu Azərbaycana səfər edərək bu müsabiqədə iştirak edəcək namizədlər üçün yoxlama imtahanları keçirəcək. Daha sonra ABŞ və Fransada təhsil almaq üçün müsabiqənin elan olunması gözlənilir.

Nazir bildirib ki, proqramın reallaşması üçün Azərbaycan bir neçə ölkə ilə müqavilə imzalayıb və hazırda işlər bu müqaviləyə uyğun həyata keçirilir.

M. Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) builki qəbul imtahanında nəticələrin yoxlanılması zamanı eyni bal toplayan abituriyentlərin seçimində əsas fənlər üzrə orta attestat balının nəzərə alınması məsələsinə də münasibət bildirib. Bunu müsbət addım sayan nazir onu da əminliklə qeyd edib ki, TQDK və Azərbaycan ictimaiyyəti orta məktəb tərəfindən attestata yazılan qiymətlərinin ali məktəbə qəbul zamanı özünü doğrultduğunu gördükcə attestat ballarının qəbul imtahanlarında nəzərə alınması məsələsi həllini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR