Bank Of Baku

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi ilə bağlı dəyirmi masa keçirilib

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsi ilə bağlı dəyirmi masa keçirilib
# 17 fevral 2009 11:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycan Hüquqşünaslar Birliyi və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən Milli Məclisin yaz sessiyasında müzakirəsi gözlənilən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, hər il dünyada 4 milyon qadın zorakılığa məruz qalır. Onlardan 17 mini hamiləlik dövründə olan qadınlardır. Birlik sədrinin sözlərinə görə, bu problem Azərbaycanda da yan keçməyib. Buna görə də “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinin hazırlanması və müzakirəsi irəliyə doğru atılan mühüm addımdır. M. Zeynalova qeyd edib ki, zorakılıqla bağlı qanun pozuntuları Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə tənzimlənir. Bu isə zorakılığın yalnız bir növünü - fiziki zorakılığı əhatə edir: ”Zorakılığın digər növləri isə kənarda qalır. Məhz bu səbəbdən qanunun qəbulu Azərbaycan üçün çox vacibdir”.
Qanun layihəsində müəyyən çatışmazlıqların da odluğunu bildirən birlik sədri qeyd edib ki, adı “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun kimi təqdim edilsə də, əslində qanun sırf ailədaxili zorakılıqla mübarizə haqqındadır: “Biz təklif edirik ki, qanun layihəsinin adı dəyişdirilsin və “Ailədaxili zorakılıq haqqında” qanun adlandırılsın. Qanuna əsasən ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin kompensasiya almaq hüququ müəyyən olunmalıdır”.
Birlik sədri Azərbaycanın qadınlarla işləyən qeyri hökumət təşkilatlarını qanun layihəsinin müzakirəsində aktiv iştirak etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR