Bank Of Baku

Azərbaycanda dünyanın 70-dən çox ölkəsindən gələn miqrant yaşayır

Azərbaycanda dünyanın 70-dən çox ölkəsindən gələn miqrant yaşayır
# 17 fevral 2009 12:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda Daxili İşlər Nazirliyində 54 mindən artıq miqrant qeydə alınıb. Miqrantlardan 3786-sı daimi yaşayanlar, 1954-ü vətəndaşlığı olmayan şəxslərdir. Ümumilikdə isə Azərbaycanda 70-dən çox ölkədən gəlmiş miqrant yaşayır”. APA-nın məlumatına görə, bu fikirlər Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin “Azərbaycandakı miqrantların mövcud durumu və problemləri” mövzusunda keçirdiyi dəyirmi masada səslənib. İctimai Biliyin sədri Nadir Abdullayev bildirib ki, dünyada hər 35 nəfərdən biri, Azərbaycanda isə hər 8 nəfərdən biri miqrantdır. Dünyadakı miqrantların 98 faizi başqa ölkə vətəndaşları olduğu halda, Azərbaycandakı miqrantların 70 faizi ərazilərin işğalı nəticəsində yaşayış yerini dəyişməyə məcbur olan daxili miqrantlardır. N. Abdullayev deyib ki, qeyri-rəsmi məlumatlara əsasən hazırda Azərbaycana xaricdən gələn əməkçi miqrantların sayı 60 minə yaxındır. Lakin onların təxminən 6 min nəfəri dövlət orqanları tərəfindən qeydiyyata alınıb. Bu isə ölkə büdcəsinə xeyli ziyan vurur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin sektor müdiri Fuad Cabbarov isə qeyd edib ki, hökumət Azərbaycana ucuz işçi axınının qarşısını almaq üçün miqrantları qanunsuz işə götürmə faktlarına görə inzibati cəzanın, iş icazələri verilməsinə görə dövlət rüsumunun məbləğinin artırılmasına qərar verib. Onun sözlərinə görə, bu tədbirlər işəgötürənləri yerli işçilərə üstünlük verməyə yönəltmək üçün atılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR