Bank Of Baku

2008-ci ildə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə 8574 miqrant müraciət edib

2008-ci ildə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə 8574 miqrant müraciət edib
# 17 fevral 2009 12:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2008-ci ildə Dövlət Miqrasiya Xidmətinə (DMX) 8574 miqrant müraciət edib. APA-nın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti şöbəsinin müdir müavini Vahid Qəhrəmanov bildirib. Onun sözlərinə görə, ötən il 1410 nəfərin ölkədə qalma müddəti uzadılıb, 1359 nəfərə isə Azərbaycanda müvəqqəti yaşamağa icazə verilib.

Keçən il 34 miqrant Azərbaycan ərazisində daimi yaşama statusu alıb. V. Qəhrəmanov qeyd edib ki, ötən il qaçqın statusu almaq üçün DMX-ya müraciət edən 87 nəfərdən yalnız birinə bu status verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR