Bank Of Baku

Millət vəkili Həvva Məmmədovanın Xocalı soyqırımı haqqında kitabının təqdimatı keçirilib

Millət vəkili Həvva Məmmədovanın Xocalı soyqırımı haqqında kitabının təqdimatı keçirilib
# 17 fevral 2009 13:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Millət vəkili Həvva Məmmədovanın Xocalı soyqırımı haqqında kitabı nəşr olunub. APA-nın xəbərinə görə, bu gün ingilis dilində nəşr olunan kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən Həvva Məmmədova deyib ki, kitabda Xocalı soyqırımı ilə bağlı statistik məlumatlar, erməni əsirliyindən qayıdan şəxslərin söhbətləri, erməni vəhşiliyi barədə qeydlər öz əskisini tapıb.
Millət vəkili qeyd edib ki, kitab bir neçə gündən sonra ABŞ-da keçiriləcək Xocalı həftəsində yayılacaq.
Nəşrin redaktoru, millət vəkili Qənirə Paşayeva kitabın nəşrini yüksək qiymətləndirib. O, kitabın ingilis dilində nəşrinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, kitab başqa xarici dillərdə də nəşr edilməlidir. Q. Paşayeva kitabın dünyada yaşayan azərbaycanlılar arasında geniş yayılmasının, virtual kitabxanada yerləşdirilməsinin vacib olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR