Bank Of Baku

Gürcüstan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib

Gürcüstan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilib
# 17 fevral 2009 14:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan prezidentinin iqamətgahı qarşısında Tiflis şəhərinin 10 rayonunda fəaliyyət göstərən bir çox orta məktəblərin və uşaq bağçalarının müəllimləri, rayonların maarif həmkarları təşkilatı sədrləri etiraz aksiyası keçiriblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, qara çalma bağlayaraq, üzərinə məxməri inqilabın simvolu olan gül şəkli çəkilmiş şarlar tutan aksiya iştirakçıları prezidentə ünvanlanmış “Sizi aldadırlar, müəllimlər yenə də müqavilə ilə işləyirlər!” şüarı səsləndiriblər. Aksiyaçılardan biri, Gürcüstan Maarif Həmkarları işçiləri təşkilatının sədri Manana Qurdcumanidze APA-ya açıqlamasında “Mən Gürcüstan prezidentinin parlamentdəki çıxışından öyrəndim ki, onun ətrafında olanlar ona təhsilin vəziyyəti barədə real məlumat vermirlər” deyib. M. Qurdcumanidze prezident Mixail Saakaşvilinin “Gürcüstanın gələcəyi müəllimlərin əlindədir” fikrini xatırladaraq deyib ki, bu gün müəllimlər müdafiəsiz qalıblar: “Bizim aksiyamızın məqsədi prezidentə real vəziyyəti çatdırmaqdır”.
Saburtalo rayon Maarif Həmkarlar təşkilatının sədri Darecan Sanadze isə APA-ya bildirib ki, bu gün Gürcüstanda həm azərbaycanlı, həm də gürcü müəllimlərin təhsil sahəsində problemləri eynidir: “Bir neçə ay bundan əvvəl Tbilisidən 15 kilometr məsafədə olan Tsxneti kəndindəki istirahət evində prezidentlə görüşəndə o, bizə söz vermişdi ki, daha müəllimlər müqavilə əsasında işləməyəcək, siz məktəbdə həmişəlik çalışacaqsınız. Biz həmçinin müəllimlərin maaşının yüz faiz artmasını tələb edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR