Bank Of Baku

Oğuzda eramızdan əvvəlki minilliklərə aid qədim əşyalar tapılıb - FOTO

Oğuzda eramızdan əvvəlki minilliklərə aid qədim əşyalar tapılıb - <font color=red>FOTO</font>
# 17 fevral 2009 15:09 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov - APA. Oğuzun Kərimli bələdiyyəsi ərazisində eramızdan əvvəlki minilliklərə aid qədim əşyalar tapılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Qabanlı arxeoloji dəstəsinin rəisi Nəsib Muxtarov məlumat verib. O bildirib ki, kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yalnız Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün maraqlı arxeoloji materiallar üzə çıxarılıb. Belə ki, kurqanda ilk dəfə olaraq gildən düzəldilmiş quş və ilan fiqurları, eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc və sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR