Bank Of Baku

Dövlət Baytarlıq Xidmətinin rəisi: “İşlərində ciddi nöqsanlara yol verən əməkdaşlar haqqında ölçü götürüləcək”

Dövlət Baytarlıq Xidmətinin rəisi: “İşlərində ciddi nöqsanlara yol verən əməkdaşlar haqqında ölçü götürüləcək”
# 17 fevral 2009 15:11 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu-APA. Beyləqan rayonunda 18 rayonun baytarlıq idarəsinin əməkdaşlarının regional müşavirəsi keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbirə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi İsmayıl Həsənov sədrlik edib. Son illər əldə olunan uğurlardan danışan xidmətin rəisi onu da bildirib ki, hazırda baytarlıq sahəsində həllini gözləyən kifayət qədər çətinliklər var. Onun sözlərinə görə, bu sahədə özünü ən çox büruzə verən problem kadr çatışmazlığıdır. İ. Həsənov qeyd edib ki, elə buna görə də DBX hər il ən azı 10 nəfərin xaricdə təkmilləşmə kursu keçməsi üçün hökumətlə məsləhətləşmələr aparır: “Hesablamalara görə, bu xidmət sahəsində çalışanların əksəriyyəti 50 və ya daha yuxarı yaş həddində olan mütəxəssislərdir. Kadrların cəmi 10 faizi gənclərdən ibarətdir”.
Xidmət rəisi həmçinin əksər yerli baytarlıq idarələrinin inzibati binalarının, avadanlıqlarının, zona baytarlıq laboratoriyalarının mükəmməl olmadığı da vurğulanıb.
Bəzi rayonlarda isə baytarlıq xidməti əməkdaşlarının səhlənkarlıqlarına toxunan İ. Həsənov deyib ki, qarşıdan gələn aylarda DBX əməkdaşlarının fəaliyyətinə yenidən baxılacaq, işlərində ciddi nöqsanlara yol verən əməkdaşlar haqqında ölçü götürüləcək. Onun sözlərinə görə, baytarlıq xidməti əməkdaşlarının dövlət qulluqçusu statusu alması istiqamətində də iş aparılır. İdarə rəisi bu məsələnin yaxın vaxtlarda öz həllini tapacağını bildirib.
Heyvanlar arasında yayılan xəstəliklərin göstəricilərinə toxunan idarə rəisi respublikada vəziyyətin qənaətbəxş olduğunu, ancaq bəzi rayonların baytarlıq idarələrinin öz vəzifələrinin öhdəsindən layiqincə gəlmədiyini deyib. Məlum olub ki, həmin idarələr heyvanlar arasında vaxtlı-vaxtında vaksinasiya aparmır, düzgün olmayan statistik məlumatlar verirlər.
İ. Həsənov ötən il insanların heyvanlar vasitəsi ilə bəzi xəstəliklərə yoluxması faktlarının 2007-ci il və daha əvvəlki illərə nisbətən azaldığını da söyləyib. O, deyib ki, 2007-ci heyvanlardan brusellyoz xəstəliyinə yoluxmuşların sayı 800 nəfər təşkil edib. Ötən il isə bu rəqəm 400 nəfərdən az olub.
Son vaxtlar cəbhəyanı rayonlarda yaşayış məntəqələrinə vəhşi heyvanların soxulması hallarına münasibət bildirən İ. Həsənovun sözlərinə görə, bu problemin aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Vəhşi heyvanların populyasiyasının azaldılması üçün birgə tədbirlər planı işlənib hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR