Bank Of Baku

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Cənubi Qafqazda insan alverinə qarşı 2 illik proqramın icrasına başlayıb

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Cənubi Qafqazda insan alverinə qarşı 2 illik proqramın icrasına başlayıb
# 18 fevral 2009 08:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan, Ermənistan və Gürcüstanda insan alverinə qarşı 2 illik proqramın icrasına başlayıb. APA-nın məlumatına görə, İsveçin İnkişaf və Əməkdaşlıq Agentliyi proqrama 1 milyon İsveçrə frankı ayırıb. Proqramın məqsədi gəncləri kölə ticarətinin müasir formaları barədə məlumatlandırmaqdır. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəsi Vasili Yujanin bildirib ki, orta məktəbi bitirən yeniyetmələrin əksəriyyəti xaricdə iş axtarmağa üstünlük verdiyindən proqram 15-17 yaş arası insanlar üçün nəzərdə tutulub. O, bölgədə həll olunmamış münaqişələr və işsizliyin gənclər arasında miqrasiyanın başlıca səbəbi olduğunu deyib. Bu kateqoriyadan olanların çoxu insan alveri problemindən xəbərsizdir. Təşkilat hər üç Cənubi Qafqaz ölkəsinin məktəblərində xüsusi məşğələlər təşkil etmək və şagirdlər arasında müvafiq materiallar yaymaq fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR