Bank Of Baku

Qubadakı kütləvi məzarlıqla bağlı kitab hazırlanır

Qubadakı kütləvi məzarlıqla bağlı kitab hazırlanır
# 18 fevral 2009 09:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Qubadakı kütləvi məzarlıqla bağlı kitab nəşr edəcək. Bu barədə APA-ya Qubadakı məzarlıqda aparılan ekspertizanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. Onun sözlərinə görə, martın 31-də təqdim olunacaq kitab Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində çap olunaraq xarici ölkələrdəki Azərbaycan səfirliklərinə və dünyanın məşhur kitabxanalarına göndəriləcək.

Q. Ağayev bildirib ki, kitabın birinci fəsli Qubada soyqırımının tarixinə, ikinci fəsli Quba soyqırımı ilə bağlı arxiv materiallarına, üçüncü fəsli isə məzarlıqda aparılan son tədqiqat işlərinə və əldə olunmuş nəticələrə həsr olunub.

Kitabla yanaşı, Quba məzarlığı ilə bağlı bukletlər də çap olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR