Bank Of Baku

Məleykə Abbaszadə Fransaya gedib

Məleykə Abbaszadə Fransaya gedib
# 18 fevral 2009 09:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (İAEA) İcraiyyə Komitəsinin Fransada keçirilən iclasında iştirak edir. Komissiyadan APA-ya verilən məlumata görə, fevralın 23-dək davam edəcək iclasda İAEA-nın fəaliyyəti ilə bağlı gündəlik məsələlər, İcraiyyə Komitəsi üzvlərinin hesabatı, bu ilin sentyabr ayında assosiasiyanın Avstraliyada keçiriləcək 35-ci beynəlxalq konfransına hazırlıq prosesi müzakirə ediləcək. Tədbirdə həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq. Səfər zamanı M. Abbaszadənin UNESCO-nun təhsil üzrə nümayəndələri, Fransada elm və təhsil sahəsində fəaliyyət göstərən bir sıra qurumların təmsilçiləri ilə görüşü nəzərdə tutulur.

Qeyd edək ki, TQDK sədri 2007-ci ildən İAEA-nın İcraiyyə Komitəsinin həqiqi üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR