Bank Of Baku

Kərəm Həsənov Azərbaycan Mətbuat Şurası və digər qurumların yerləşdikləri binadan çıxarılması barədə məlumatları təkzib edib

Kərəm Həsənov Azərbaycan Mətbuat Şurası və digər qurumların yerləşdikləri binadan çıxarılması barədə məlumatları təkzib edib
# 18 fevral 2009 09:16 (UTC +04:00)
K. Həsənov APA-ya açıqlamasında deyib ki, adları çəkilən qurumların yerləşdikləri binadan çıxarılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ASDP-nin həmsədri Araz Əlizadə APA-ya açıqlamasında DƏİEDK-nin nümayəndələrinin ona partiyanın və digər qurumların yerləşdiyi binanın Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə veriləcəyi barədə məlumat verdiklərini bildirib. A. Əlizadə deyib ki, komitə təmsilçiləri bu barədə Nazirlər Kabinetinin qərarı olduğunu, adıçəkilən qurumların İbrahimpaşa Dadaşov küçəsi, 60 ünvanında yerləşən 4 mərtəbəli binadan dövlət tərəfindən ayrılan başqa tikililərə köçürüləcəyini söyləyiblər.

Qeyd edək ki, Ədalət Partiyasından da APA-ya DƏİEDK-nin partiya üçün “Neftçilər” metrostansiyasının yaxınlığında yer təklif etdiyini, yaxın günlərdə bununla bağlı müqavilə bağlanacağını bildiriblər.

Xatırladaq ki, İbrahimpaşa Dadaşov küçəsi, 60 ünvanında yerləşən 4 mərtəbəli bina vaxtilə “Azneftkimyamaş” ASC-nin Təcrübə Sınaq Zavodunun inzibati binası olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR