Bank Of Baku

“Şirvan kəndnəqliyyat” ATSC-nin sürücüləri hərraca buraxılmadıqlarından şikayətlənir

“Şirvan kəndnəqliyyat” ATSC-nin sürücüləri hərraca buraxılmadıqlarından  şikayətlənir
# 18 fevral 2009 10:14 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. “Şirvan kəndnəqliyyat” ATSC-nin sürücüləri hərraca buraxılmadıqlarından şikayətlənir. “Şirvan kəndnəqliyyat” ASC-nin sürücüləri 13 nəfərin imzası ilə ölkə başçısına ünvanladıqları müraciətin surətini APA-nın Mil-Muğan bürosuna təqdim ediblər. Sürücülər bildiriblər ki, “Şirvan kəndnəqliyyat” ATSC-nin adı yalnız kağız üzərindədir, müəssisə isə demək olar ki, yoxdur: “Müəssisədən yalnız dağıdılmış avtomobil qalıqları və xarabalıq qalıb. Əvvəllər 200 yük avtomobili olan müəssisənin, sürücülərin vəsaiti hesabına salamat qalmış və amortizasiya dövrünü çoxdan başa vurmuş 13 avtomobili qalıb”.
Sürücülər bildirib ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mayın 17-də keçirmək istədiyi hərracda isə onların iştirakı əngəllənib. Sürücülər bununla əlaqədar dövlət başçısına müraciət qəbul ediblər. Sürücülər avtomobillərin onların özlərinə verilməsini tələb edirlər.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən isə APA-nın əməkdaşına bildirilib ki, “Şirvan kəndnəqliyyat” ATSC-nin sürücülərindən hərracda iştirakla bağlı quruma müraciət daxil olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR