Bank Of Baku

Səttar Mehbalıyev: “Azərbaycanda ixtisarlar nəticəsində iş yerini itirənlərin sayı 1000-dən çox deyil”

Səttar Mehbalıyev: “Azərbaycanda ixtisarlar nəticəsində iş yerini itirənlərin sayı 1000-dən çox deyil”
# 18 fevral 2009 10:22 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib. AHİK sədri bir neçə ay əvvəl fəaliyyətini dayandıran Azərbaycanın ən böyük poladəritmə müəssisəsi olan “Baku Stell Company” şirkətinin də yenidən işə başladığını və məzuniyyətə göndərdiyi 1000-dək işçisini geri çağırdığını deyib: “Sumqayıt Boru-Prokat Zavodunun da 1000-dək işçisi öz hesabına məzuniyyətə göndərilib. Onlarla danışıqlar aparıldı. Həmin işçilərin əmək haqlarının bir hissəsinin ödənməsi haqda razılığa gəlinib. Hazırda məzuniyyətə göndərilən işçilərin geri qaytarılması istiqamətində danışıqlar aparılır”.

S. Mehbalıyev deyib ki, işçilərin ixtisarı, əsasən, MDB dövlətlərinə məhsul satan müəssisələrdə baş verir: “Bizim şirkətlər istəyir ki, istehsal etdiyi məhsulları yerli müəssisələrə satsın. Məsələn, Sumqayıt Boru-Prokat Zavodunun məhsullarını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə satmaq üçün danışıqlar aparır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR