Bank Of Baku

2011-ci ilə qədər Azərbaycan ərazisində 30-a qədər seysmik stansiya quraşdırılacaq

2011-ci ilə qədər Azərbaycan ərazisində 30-a qədər seysmik stansiya quraşdırılacaq
# 18 fevral 2009 11:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2011-ci ilə qədər Azərbaycan ərazisində 30-a qədər seysmik stansiya quraşdırılacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (SXM) direktoru Qurban Yetirmişli məlumat verib. Onun sözlərinə görə, mart ayının sonunda üç rayonda – Kürdəmir, Xızı və Zaqatalada yeni seysmik stansiyalar istifadəyə veriləcək. İlin sonunadək isə daha 4 seysmik stansiyanın - Qazax, Mingəçevir, Saatlı və Lerik stansiyalarının tikilməsi nəzərdə tutulur. Q. Yetirmişli bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikasında iki seysmik stansiya fəaliyyət göstərir. Lakin SXM muxtar respublikada daha iki – Ordubad və Şahbuz seysmik stansiyalarının tikilməsi ilə bağlı da hökumətə təkliflər verəcək. Erməni işğalı altındakı ərazilərdə 3 seysmik stansiyanın (Ağdam, Kəlbəcər, Cəbrayıl) qaldığını xatırladan mərkəz direktoru deyib ki, torpaqlar azad olunduqdan sonra Şuşada və Ağdamda da yeni seysmik stansiyalar tikiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR