Bank Of Baku

Ötən il Azərbaycan ərazisində 12 hiss olunan zəlzələ baş verib

Ötən il Azərbaycan ərazisində 12 hiss olunan zəlzələ baş verib
# 18 fevral 2009 11:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ötən il Azərbaycan ərazisində 700-dən çox zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin (SXM) rəhbəri Qurban Yetirmişlinin APA-ya verdiyi məlumata görə, bu zəlzələlərin əksəriyyəti hiss edilməyib. Ötən il ölkə ərazisində cəmi 12 hiss olunan zəlzələ baş verib. Sonuncu hiss olunan zəlzələ dekabrın 19-da Şamaxıda (5 bal) qeydə alınıb. Şamaxı-İsmayıllı bölgəsi ötən il ən aktiv seysmik bölgə olub. Q. Yetirmişli bildirib ki, 2007-ci illə müqayisədə ötən il ayrılan enerjinin miqdarı və təkanların sayı daha az olub. Mərkəz direktoru yanvar ayından bəri Azərbaycan ərazisində hiss olunan təkanların baş vermədiyini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR