Bank Of Baku

Azərbaycanda “Bakterial meningit hallarının epidemioloji tədqiqatı” layihəsi həyata keçiriləcək

Azərbaycanda “Bakterial meningit hallarının epidemioloji tədqiqatı” layihəsi həyata keçiriləcək
# 18 fevral 2009 12:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyi (SN), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “Vişnevskaya Rostropoviç” Fondu aprel-may aylarından başlayaraq, Azərbaycanda 1-5 yaşlı uşaqlar arasında “Bakterial meningit hallarının epidemioloji tədqiqatı” layihəsini həyata keçirəcək. “Vişnevskaya Rostropoviç” Fondunun Azərbaycan üzrə nümayəndəsi Soltan Məmmədov APA-ya bildirib ki, layihə çərçivəsində SN tərəfindən meningit diaqnozu ilə qeydiyyata alınan uşaqlar arasında epidemioloji tədqiqat keçiriləcək. Tədqiqatlar nəticəsində bu xəstəliyin əsas törədicisi müəyyənləşəcək. Artıq layihə çərçivəsində ÜST SN-nin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bakterioloji laboratoriyasını təxminən 100 min dollar dəyərində lazımi avadanlıqlarla təmin edilib. “Vişnevskaya Rostropoviç” Fondu isə yaxın 1,5 -2 il ərzində həmin laboratoriyanı bütün lazımi diaqnostik materiallarla təmin edəcək. Fond layihənin reallaşmasına 40-50 min dollar sərf etməyi nəzərdə tutur.
S. Məmmədov deyib ki, layihə ölkə ərazisində xəstəliyin dəqiq müalicəsinə kömək edəcək. Layihənin yekunları əsasında SN xəstəliyin müalicəsi üçün profilaktik tədbirləri təkmilləşdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR