Bank Of Baku

Qəbul imtahanlarında iştirak edəcək nəzarətçilər üçün seminar-məşğələlər keçirilir

Qəbul imtahanlarında iştirak edəcək nəzarətçilər üçün seminar-məşğələlər keçirilir
# 18 fevral 2009 13:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ölkənin ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirməyə başlayıb. Komissiyadan APA-ya verilən məlumata görə, seminar-məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır. Seminarlar TQDK-nın təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR