Bank Of Baku

Masallının daha dörd kəndinə təbii qazın verilişi bərpa olunacaq

Masallının daha dörd kəndinə təbii qazın verilişi bərpa olunacaq
# 19 fevral 2009 07:41 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallının daha dörd yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunacaq. Bu barədə APA-nın cənub bürosuna rayon Qaz İstismarı İdarəsinin rəisi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, sonuncu dəfə 1988-ci ildə mavi yanacaqdan istifadə edən Bədəlan, Aşurlu, Çayqırağı və Dəmirçi kəndlərinin sakinləri aprel ayından başlayaraq təbii qazdan istifadə edə biləcəklər. Hazırda daxili imkanlar hesabına 4,5 kilometrlik magistral boru xəttinin çəkilişi istiqamətində qızğın iş getdiyini qeyd edən idarə rəisi 2013-cü ilə kimi rayonda qazlaşdırmanın tam başa çatdırılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR