Bank Of Baku

Gəncədə 25 məktəbin işığı kəsilib

Gəncədə 25 məktəbin işığı kəsilib
# 19 fevral 2009 08:41 (UTC +04:00)
APA-nın qərb bürosunun məlumatına görə, elektrik enerjisi istifadəsinə görə borcu olan məktəblər 1 həftədir ki, işıqsız qalıb. Məlumata görə, Gəncə Təhsil İdarəsinin şəhər Paylayıcı Elektrik Şəbəkəsinə 27 min manat borcu var.
Gəncə Təhsil İdarəsinin rəisi Mahal Əliyev APA-nın yerli bürosuna bildirib ki, borcun yaranmasına səbəb kimi orta məktəblərdə işığın normadan artıq istifadə edilməsi göstərilir: “Çünki, məktəblərdə istilik sistemləri olmadığından sinif otaqları elektrik sobaları vasitəsilə qızdırılır. Biz həmişə 16 min manat pul ödəmişik. Necə vaxtdır ki, Gəncə regional Enerji Təchizatı MMC bir necə məktəbimizə sayğac quraşdırıb. Sayğacda 26 min manat pul yazıb. Borcun nə vaxt ödənəcəyi haqda hələlik dəqiq məlumat verə bilmirəm”.
Gəncə regional Enerji Təchizatı MMC-nin direktoru Eldar Eldarov APA-ya açıqlamasında deyib ki, yanvar ayı ərzində təhsil ocaqlarında istifadə olunan enerjinin dəyəri ödənilməyib: “Elektrik enerjisi haqqının ödənişini tənzimləmək üçün bütün ümumtəhsil müəssisələrində işıq sayğaclarının quraşdırılmasına başlamışıq. Artıq 28 orta məktəbdə sayğac quraşdırılıb. Yaxın günlərdə isə bütün məktəblərin sayğaclaşması nəzərdə tutulub”.
E. Eldarov deyib ki, yaranmış problem həlli olunmayana kimi, təhsil müəssisələrinə elektrik enerjisinin verilişi bərpa olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR