Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 19 fevral 2009 08:56 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, fevralın 22-dək Bakı və Abşeron yarımadasında cənub, cənub-qərb küləyinin əsməsi ilə əlaqədar temperatur 2-3 dərəcə yüksələrək 9-13 dərəcəyə çatacaq.

Fevralın 22-dək Bakı və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək, axşam yarımadanın bəzi yerlərində çiskin olacağı, fevralın 21-də isə gecəyə doğru az yağış yağacağı ehtimalı var.

Yaxın üç gün ərzində Azərbaycan rayonlarında da temperaturların yüksələcəyi gözlənilir. Fevralın 21-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR