Bank Of Baku

Fəvvarələr bağında əsaslı təmir-tikinti işləri aparılacaq

Fəvvarələr bağında əsaslı təmir-tikinti işləri aparılacaq
# 19 fevral 2009 10:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Sahil və Xaqani (Malakan) bağlarının ərazisində yeraltı dayanacaqların tikiləcəyi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. APA-nın məlumatına görə, bunu Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov deyib. O bildirib ki, bəzi iş adamları və onların havadarları həmin bağların ərazisində kommersiya xarakterli obyektlərin, bağların altında isə ikimərtəbəli avtomobil dayanacağının tikilməsinə icazə almaq üçün əllərindən gələni ediblər: “Məsələ ciddi hal aldığından bəzi instansiyalara müraciət etdik, bunlar da nəticə vermədiyindən prezidentə məlumat verdik. Prezident özü şəxsən həmin bağlarda oldu, oradakı ağaclara, şəraitə baxdı və birmənalı şəkildə göstəriş verdi ki, bu iki bağda bir ağac belə kəsilməməlidir, heç bir dəyişiklik edilməməlidir, sadəcə, bərpa işləri aparılmalıdır”. S. Ələkbərov artıq Xaqani bağında aparılan işlərin yekunlaşmaq üzrə olduğunu, Sahil bağında isə hələ davam etdiyini söyləyib. İcra Hakimiyyəti başçısı Fəvvarələr bağında da əsaslı təmir-tikinti işləri aparılmasının nəzərdə tutulduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR