Bank Of Baku

Səbail rayon İcra Hakimiyyətində 2008-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib

Səbail rayon İcra Hakimiyyətində 2008-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib
# 19 fevral 2009 10:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər Səbail rayon İcra Hakimiyyətində 2008-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilib. APA-nın məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2007-ci illə müqayisədə 2008-ci ildə Səbail rayonunda işləyənlərin sayı 4781 nəfər artaraq 85433 nəfər, orta aylıq əmək haqqının məbləği isə 643 manat olub. Ötən il ərzində rayonda 4330 iş yeri, o cümlədən 4316 daimi iş yeri açılıb. Rayon ərazisində qeydiyyatdan keçən 4631 nəfər qaçqın və 10496 nəfər məcburi köçkünün problemlərinin daim İcra Hakimiyyətinin diqqət mərkəzində olduğunu deyən S. Ələkbərov onların elektrik enerjisinə olan tələbatlarının ödənilməsi, yaşayış yerlərinin təmir olunması istiqamətində tədbirlərin görüldüyünü qeyd edib. İcra başçısı hesab edir ki, qanunsuz küçə ticarətinin birdəfəlik ləğv olunması üçün rayon Polis İdarəsi və Gigiyena və Epidemiologiya Mərkəzi daha çox qətiyyət göstərməli, öz vəzifələrini vicdanla yerinə yetirməlidirlər. O, Bayıl yamacındakı sürüşmə zonasında yaşayan vətəndaşların problemlərinin də diqqətdə olduğunu vurğulayıb: “2008-ci ilin dekabrında İcra Hakimiyyəti tərəfindən həmin ərazidə inventarlaşdırma aparılaraq sakinlərin siyahıları bir daha dəqiqləşdirilib və problemlərin aradan qaldırılması üçün Bakı şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə təkliflər təqdim olunub”.

Toplantıda “Xəzərdənizgəmitəmiri” İstehsalat Birliyinin baş direktoru Rafael Mikayılov, M. Qorki adına səyyar kitabxana fondunun direktoru Nüşabə Ələkbərova, Səbail rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov, rayon Qaz İstismar İdarəsinin rəisi Malik Babayev və digərləri çıxış edib. Toplantının sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR